RU
Rusiyada Navalnının qardaşı barədə axtarış elan edilib
20:33
40

Rusiyada Navalnının qardaşı barədə axtarış elan edilib

Rusiya müxalifətinin həbsxanada müəmmalı şəkildə ölmüş nümayəndəsi Aleksey Navalnının qardaşı Oleq Navalnı barəsində axtarış elan edilib.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxil İşlər Nazirliyindən bildirilib.

Ona qarşı irəli sürülən ittiham hələ ki məlum deyil.

Xatırladaq ki, bu il fevralın 16-da Aleksey Navalnı Rusiyanın Yamalo-Nenesk muxtar dairəsində 3 saylı islah əmək müəssisəsində ölüb. İstintaq Komitəsi siyasətçinin ölüm faktı üzrə araşdırmalara başlayıb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ