RU
Rusiyada növbəti şaxta qəzası
15:12
1332

Rusiyada növbəti şaxta qəzası

Krasnoyarsk diyarının Şimali Yeniseysk rayonunda yerləşən "Vostoçnı" mədənində karxana divarı aşıb, 150 işçi mədənin içərisində qalıb.

Bu barədə 7News.Az "RİA Novosti" agentliyinə istinadən məlumat verir.

Rusiya Fövqəladə Hallar Xidmətinin region üzrə rəsmi nümayəndəsi Alena Aleksişina bildirib ki, hadisə sübh tezdən, Yeruda qəsəbəsi yaxınlığında baş verib. İşçilərdən heç biri xəsarət almayıb, 150 fəhlə təxminən 300-560 metr arası dərinlikdə havasız şəraitdə qalıb.

Xidmət qəzaya qrunt sularının səbəb olduğunu ehtimal edir.

Hazırda hadisə yerində xilasetmə işlərinə başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ