RU
Rusiyada peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək
17:30
2867

Rusiyada peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək

Rusiyanın Xabarovsk diyarında Pasxa bayramı ərəfəsində koronavirusa qarşı peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək.

7News.Az Trend-ə istinadən bildirir ki, bu barədə diyarın Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, aprelin 29-30-da peyvənd olunacaq 60 yaşdan yuxarı şəxslərə 10 yumurta təqdim olunacaq.

Aksiya yerli quşçuluq müəssisəsinin dəstəyi ilə keçirilir.

Ümumilikdə peyvəndləmə məntəqələrində 1400 pensiyaçıya yumurta veriləcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ