Rusiyada ağır yol qəzası baş verib.
7NEWS.Az RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə Kalmıkiyada baş verib.
Belə ki, Mahaçqala-Sankt-Peterburq marşrutu üzrə hərəkət edən "Neoplan” sərnişin avtobusu ilə "KamAZ” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində beş nəfər ölüb. Bildirilib ki, avtobusda 28 sərnişin olub.
7NEWS.Az







