RU
Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
22:30
2022

Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Rusiyada son sutka ərzində daha 23 218 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

7News.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 561 360 nəfərə çatıb.

Son sutka ərzində 729 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 136 565 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ