Xəbər verdiyimiz kimi, Rusiyada Dövlət Dumasına seçkilər keçirilir.
7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva və Rusiyanın mərkəzi hissəsində səsvermə məntəqələri açılıb.
Rusiyanın Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, seçkilər bu il üç gün ərzində, yəni sentyabrın 17-dən 19-na kimi baş tutacaq. Seçki məntəqələri isə hər gün səhər saat 08:00-dan 20:00-a kimi açıq olacaq.
Dövlət Dumasına seçkilərdə 14 siyasi partiya iştirak edir. Ümumilikdə isə parlament seçkilərində 3812 namizəd qeydə alınıb.








