Rusiyada Ukraynanın baş hərbi prokuroru barədə qiyabi həbs hökmü verilib.
Moskvanın Basman rayon Məhkəməsi Ukraynanın baş hərbi prokuroru Ruslan Kravçenko və Ukrayna Baş Prokurorluğunun xüsusi işlər üzrə müstəntiqi Vadim Priymaçok haqqında qiyabi həbs hökmü çıxarıb.
Baş hərbi prokuror və müstəntiq qanunsuz cinayət təqibində ittiham edilib./apa
7news.Az








