Rusiyanın Stavrapol vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.
Ölkə KİV-də yayılan məlumatlara görə, uşaqları idman yarışlarına aparan mikroavtobus "Kamaz” markalı yük avtomobili ilə toqquşşub.
Qəza nəticəsində beş uşaq ölüb, yeddisi isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Mikroavbtobusda 14-ü uşaq olmaqla, cəmi 17 nəfər sərnişinin olduğu bildirilib.
Hazırda qəzanın səbəbləri araşdırılır.








