Rusiyanın Kamçatka bölgəsində Klyuçevskaya Sopka vulkanına qalxarkən beş turist yıxılaraq ölüb, daha ikisi yaralanıb.
Avqustun 30-da Altay, Primorsk, Kamçatka diyarının, Moskva, Novosibirsk və Vladimir vilayətlərinin sakinləri olan turistlər vulkana qalxmağa başlayıb.
4000 metr yüksəklikdə beş turist yıxılaraq ölüb, daha ikisi yaralanıb. Onların arasında olan bələdçi də ayağını sındırıb.
Xilasedicilərin bazar günü səhər onlara doğru irəliləyəcəkləri bildirilib./apa
7NEWS.Az








