RU
Rusiyada yanacağa görə aksiz vergisi yenidən artırılır
11:24
465

Rusiyada yanacağa görə aksiz vergisi yenidən artırılır

Rusiya hökuməti yanacağa görə aksiz vergisinin yenidən artırılmasını planlaşdırır. 

7news.Az rus mətbuatına istinadən xəbər verir ki, artım iki mərhələdə - yanvarın 1-dən və iyulun 1-dən 50 kopek həyata keçiriləcək.

Analitiklərin rəyinə görə, aksiz vergisinin artırılması Rusiyada yanacağın dəyərini yüksəldəcək. 

Qeyd edək ki, Vergi Məcəlləsində inflyasiyanın indeksasiyası 4 faiz təşkil edir. Aksiz vergisinin qaldırılmasından sonra yanacağın qiyməti 60 kopek yüksələcək. Nəticədə büdcəyə daxil olan vəsait 55-60 milyard dollar olacaq. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ