RU
Rusiyada yerüstü keçid uçdu, 2 ölü
14:40
1005

Rusiyada yerüstü keçid uçdu, 2 ölü

Rusiyada Perm-Yekaterinburq avtomobil yolunda yerüstü keçid uçub.

Bu barədə məlumatı "59.ru” yazıb. Qeyd olunur ki, keçidin uçması nəticəsində 2 nəfər həlak olub. 


İlkin məlumatlara görə, "MAN” yükünü özüboşaldan avtomobilin sürücüsü kuzovunu endirməyi unudub və o, yerüstü keçidi uçurdub. Keçid isə öz növbəsində "MAN”-in və qarşıdan gələn "Qazel” tipli avtomobilin üzərinə aşıb. Həlak olanlar hər iki avtomobilin sürücüləridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ