RU
RUSIYADAN ABŞ-A ÇAĞIRIŞ:
13:10
357

RUSIYADAN ABŞ-A ÇAĞIRIŞ: "SURIYADA TƏKTƏRƏFLI FƏALIYYƏT GÖSTƏRMƏYIN"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-a çağırış edib.

Lavrov ABŞ-ı Suriyada koordinasiyalı işləməyə və təktərəfli fəaliyyətdən qaçmağa çağırıb.
 
Rusiyalı nazir deyib: "Deskalasiya zonaları müştərək hərəkət etmək variantlarından biridir. Hər kəsi təktərəfli fəaliyyətdən qaçmağa çağırırıq. Suriyanının suverenliyinə hörmətlə yanaşmağa və Suriya hökuməti ilə razılaşdırılmış ümumi işə qoşulmağa çağırırıq".
 
ABŞ-ın Suriyanın cənubundakı fəaliyyətini gücləndirmə məsələsinə toxunan Lavrov bildirib ki, bütün hərəkətlər rəsmi Dəməşqlə razılaşdırılmalıdır. Nazir bir daha vurğulayıb ki, Rusiya tərəfi Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərindən çıxış edir./olke.az
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ