RU
Rusiyadan Azərbaycana silah keçirilməsinə cəhd olub
17:45
1082

Rusiyadan Azərbaycana silah keçirilməsinə cəhd olub

Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Xarkov-Bakı sərnişin qatarı ilə Rusiyadan gələn Azərbaycan vətəndaşının əl yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Report-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsə aid əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd pnevmatik tapança, onun üçün nəzərdə tutulan 8 ədəd qaz balonu və 2 qutuda 1000 ədəd kürəciklər aşkar edilərək götürülüb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ