RU
Rusiyadan beyin axını: 100 min İT işçisi ölkədən qaçdı
14:02
258

Rusiyadan beyin axını: 100 min İT işçisi ölkədən qaçdı


Rusiyanın Rəqəmsal İnkişaf Naziri İT sektorunda çalışan işçi qüvvəsinin 10 faizinin xaricə getdiyini açıqlayıb. Türkiyə gənc ixtisaslı işçi qüvvəsinin ən çox üstünlük verdiyi ölkələr sırasındadır. 

7NEWS.az xəbər verir ki, Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibədən sonra 100 min informasiya texnologiyaları (İT) mütəxəssisinin ölkəni tərk etdiyi açıqlanıb. Müharibənin başlaması ilə gənclər, xüsusən də İT mütəxəssisləri arasında ixtisaslı işçi qüvvəsində artan xaricə miqrasiya meyli sentyabrın sonunda elan edilən qismən səfərbərliklə daha da sürətləndi. 

Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev İT şirkətlərinin işçilərinin təxminən 10 faizinin ölkəni tərk etdiyini və geri qayıtmadığını bildirərək, ümumilikdə 100 min İT mütəxəssisinin xaricdə olduğunu qeyd edib. Şadayev əlavə edib ki, xaricə gedən İT mütəxəssislərinin 80 faizi Rusiya şirkətlərində işləməkdə davam edir. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ