RU
Rusiyadan Ermənistan məhsuluna qadağa: Həm mağazada, həm onlayn satışda blokladılar
11:50
27

Rusiyadan Ermənistan məhsuluna qadağa: Həm mağazada, həm onlayn satışda blokladılar

"Rospotrebnadzor" Ermənistanın "Cermuk" mineral suyunun Rusiyada satışının dayandırılmasını əmr edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat verib.

"Dövlət etiketləmə sistemi olan "Çestnıy znak"ın operatoruna "Rospotrebnadzor" tərəfindən əlavə tapşırıq göndərilib ki, Rusiya Federasiyasında 64.5 milyon ədəd "Cermuk" mineral təbii müalicəvi süfrə içməli qazlı suyunun reallaşdırılmasını dayandırsın", - deyə məlumatda bildirilib.

Qurumdan qeyd edilib ki, bu qərara səbəb texniki tənzimləmə üzrə məcburi tələblərin pozulmasıdır. Monitorinq məlumatlarına görə, suyun tərkibində həddindən artıq miqdarda hidrokarbonatlar, xloridlər və sulfatlar aşkarlanıb ki, bu da istehlakçıları məhsulun müalicəvi xüsusiyyətləri barədə çaşdıra və sağlamlığa mənfi təsir göstərə bilər.

"Rospotrebnadzor"dan bildirilib ki, 2026-cı ilin əvvəlindən bəri "Çestnıy znak" sistemi artıq pərakəndə ticarət və onlayn-kanallarda 38.4 milyon "Cermuk" şüşəsinin satışını bloklayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ