RU
Rusiyadan Ermənistana silah daşınması başlayıb
23:00
914

Rusiyadan Ermənistana silah daşınması başlayıb

Rusiyadan 200 milyon dollar kredit hesabına alınan silah və hərbi texnikanın Ermənistana daşınması prosesi artıq başlayıb.

 

Bu haqda Ermənistanın baş naziri Ovik Abramyan jurnalistlərə bildirib. 

“Proses plan üzrə gedir. Heç bir problem yoxdur. Proses artıq başlayıb”,-deyə Abramyan vurğulayıb.

Onun sözlərinə görə, məsələ Rusiya baş naziri Dmitri Medvedyevin İrəvana səfəri zamanı da müzakirə olunub./azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ