RU
Rusiyadan neft hasilatı ilə bağlı açıqlama
20:30
805

Rusiyadan neft hasilatı ilə bağlı açıqlama

"Rusiya OPEK-ə üzv və qeyri-üzv ölkələrlə imzalanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirir və neft hasilatının həcminin mərhələli şəkildə azaldılmasına başlayıb”.

Bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazirin sözlərinə görə, hasilatın azaldılması neft şirkətlərinin planlarına uyğun həyata keçirilir: "Biz 10 gün ərzində hətta, şirkətlərin gözləntilərindən də daha az azaltmışıq”.

Xatırladaq ki, Azərbaycan da daxil olmaqla Səudiyyə Ərəbustanı, İraq, Küveyt, Qazaxıstan və digər dövlətlər neft hasilatının həcminin azaldılmasını razı olublar./qafqazinfo

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ