RU
Rusiyadan nüvə raketləri ilə bağlı Avropaya - Xəbərdarlıq
22:20
682

Rusiyadan nüvə raketləri ilə bağlı Avropaya - Xəbərdarlıq

Rusiya Avropada ortamənzilli nüvə raketləri yerləşdirmək məcburiyyətində ola biləcəyini açıqlayıb.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

O bildirib ki, NATO-nun da eyni planı var.

 

Ryabkov qeyd edib ki, NATO-dan gözlədikləri təhlükəsizlik zəmanətini ala bilməsələr, Qərblə aralarındakı böhran daha da böyüyəcək:

"Problemin siyasi və diplomatik həllini tapmamaq cavabımızın hərbi və texniki xarakter daşımasına səbəb olacaq”.

Qeyd edək ki, Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilə 1987-ci ildə ovaxtkı ABŞ Prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov arasında imzalanıb. Müqavilə bu raketlərin Avropada istifadəsini qadağan edir. Lakin ABŞ-ın keçmiş Pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək müqaviləni tərk edib.

 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ