RU
Rusiyadan Türkiyənin Krımdakı seçkiləri tanımamasına reaksiya
18:50
475

Rusiyadan Türkiyənin Krımdakı seçkiləri tanımamasına reaksiya

Rusiya Türkiyənin Krımda Dövlət Dumasına seçkiləri tanımaqdan imtina etməsinə laqeyd yanaşmayacaq.

7NEWS.Az  ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

RF XİN sözçüsü daha sonra qeyd edib: "Moskva Türkiyə Xarici İşlər Nazirliyinin Krımdakı seçkilərin tanınmaması ilə bağlı bəyanatlarından sonra nəticə çıxaracaq.

"Biz heç vaxt belə bəyanatlara diqqətsiz yanaşmırıq. Əgər onlar Moskvanın  xatırlatmalarından  yorulmadılar və çəkinmirlərsə, deməli, dözümlüdürlər və bu cür yanaşmaların nəticəsi olmayacaq. Moskvanın mövqeyində dəyişikliyə gətirib çıxarmaycaq.

Ancaq biz bundan müvafiq nəticələrə çıxaracağıq və hansı ki  ikitərəfli münasibətlərin inkişafına xeyir gətimir”- Mariya Zaxarova qeyd edib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ