RU
Rusiyadan yeni bəyanat — ABŞ-ı Əfqanıstan görüşlərinə dəvət etməyə hazırıq
21:00
258

Rusiyadan yeni bəyanat — ABŞ-ı Əfqanıstan görüşlərinə dəvət etməyə hazırıq

Rusiyanın xarici işlər nazirliyi yeni bəyanat yayımlayıb.

Bəyanata əsasən, Rusiya ABŞ-ı Əfqanıstan danışıqlarına dəvət etməyə hazırdır. Bu barədə Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.

Onun sözlərinə görə, əgər ABŞ Kabul siyasətini dəqiqləşdirsə, Moskva onu altı tərəfli görüş formatına dəvət edə bilər: "Bu konsultativ altı tərəfli görüşdür. Bu vaxta qədər biz Çin və Pakistanla müzakirələr aparmışıq. İndi format genişlənir. Buraya İran, Hindistan və Əfqanıstan daxil edilir. Görüş 15 fevral tarixində Moskvada keçiriləcək. Görüşdə xarici işlər nazirlərinin müavinləri və yüksək çinli məmurlar iştirak edəcək. Praktiki olaraq bütün tərəflər razılıq veriblər".

Kabulov eyni zamanda vurğulayıb ki, ABŞ Əfqanıstanda nə edəcəklərinə dəqiq qərar verdikdən sonra rəsmi Vaşinqton da görüşlərə qoşula bilər./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ