RU
Rusiyalı azərbaycanlıya görə külli miqdarda cərimə ödəyəcək
15:01
336

Rusiyalı azərbaycanlıya görə külli miqdarda cərimə ödəyəcək

Rusiyanın Ryazan vilayətinin Ryajsk rayonunda polis əməkdaşları miqrasiya qanunvericiliyinin pozulması faktını aşkar ediblər. 

7News.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin Ryazan vilayəti üzrə idarəsinin saytında məlumat yerləşdirilib. 

Araşdırmalar zamanı məlum olub ki, 34 yaşlı sahibkar Azərbaycandan olan 33 yaşlı qadını qanunsuz yollarla öz evində uçota salıb. 

Faktla bağlı cinayət işi başlanıb. Əməli sübuta yetirilərsə, qadın külli miqdarda cərimə ödəməli olacaq. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ