RU
Rusiyalı müğənni Dağıstanın bərpası üçün 5 milyon manat bağışladı
13:00
35

Rusiyalı müğənni Dağıstanın bərpası üçün 5 milyon manat bağışladı

Rusiyalı müğənni Jasmin təbii fəlakətdən ciddi zərər görmüş Dağıstana maddi yardım göstərib.
 
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni həyat yoldaşı ilə birlikdə Dağıstandakı evlərin bərpası üçün 250 milyon rubl (təxminən 5 milyon manat)vəsait bağışlayıb.
 
"Həyat yoldaşımla birlikdə oradakı evlərinin bərpasına 250 milyon rubl (təxminən 5 milyon manat) bağışlayırıq. Həqiqətən də həmvətənlərimin evlərinin mümkün qədər tez bir zamanda yenidən həyat, istilik və işıqla dolmasını istəyirəm", - deyə müğənni sosial media hesabında yazıb.

Müğənni bildirib ki, bu qərara Rusiya prezidenti Vladimir Putinin çıxışında "Orada insanların köməyə ehtiyacı var" sözlərini deməsindən sonra gəliblər.
 
Xatırladaq ki, Dağıstanda yağan aramsız yağışlar nəticəsində yüzlərlə ev yararsız hala düşüb.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ