ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfəri ilə bağlı baş verənlər onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar Xəzəryanı regionda Azərbaycanı seçməkdə davam edir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında "Kaspi-Avrasiya” beynəlxalq və ictimai-siyasi araşdırmalar mərkəzinin rəhbəri, tarix elmləri namizədi Andrey Sızranov deyib.
Xatırladaq ki, Tramp səlahiyyətlərindən istifadə edərək, dövlət səviyyəsində ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsini məhdudlaşdıran akta 907-ci düzəlişi dayandıra bilər.
Müsahibimizin sözlərinə görə, siyasi və iqtisadi, o cümlədən enerji sahələrində əməkdaşlıq davam etdiriləcək.
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ümidləri möhkəmlənəcək. Ancaq Boltonun Cənubi Qafqaza səfəri hazırkı vəziyyətin monitorinqi xarakterini daşıyır, konkret addımlar isə gələcəkdə atılacaq”, - deyə Sızranov bildirib.
7News.Az








