Rusiyanın Voronej şəhərində evi qarət edən kişi yarım ildən sonra saxlanılıb.
7news.Az anspress-ə istinadən bildirir ki, saxlanılan şəxs Azərbaycan vətəndaşı olub. O, 52 yaşlı qadının evini qarət edərək yarım il gizlənə bilib. Lakin bu, uzun sürməyib.
Daxili İşlər Nazirliyinin Voronej üzrə idarəsindən verilən məlumata görə, o, Yeni il gecəsi rəfiqəsinin evindən 60 min rubl (1374 AZN) oğurlayaraq qaçıb. Rəfiqəsinin içkili olduğunu və otaqdan çıxdığını görən 41 yaşlı azərbaycanlı pulları götürərək uzun müddət gizlənə bilib. 52 yaşlı qadın isə oğurluqla bağlı dərhal polis bölməsinə şikayət edib.
Oğru saxlanılsa da onun pulları xərclədiyi məlum olub. Odur ki, ona qarşı "zərərçəkmişə xeyli miqdarda ziyan vurmaq" maddəsi ilə cinayət işi açılıb. Onu 5 ilədək həbs cəzası gözləyir.
7news.Az








