RU
Rusiyanın hərbi kateri Danimarkanın dəniz sərhədlərini pozub
00:30
240

Rusiyanın hərbi kateri Danimarkanın dəniz sərhədlərini pozub

Rusiyaya məxsus hərbi kater gün ərzində 2 dəfə Danimarka sularına qanunsuz şəkildə daxil olub.

Bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hərbi kater Kristanso adasının şimalında Danimarka sularına daxil olub. Eyni gəmi bir neçə saat sonra Danimarkanın ərazi sularından keçib.

Hərbi dəniz donanmasının xəbərdarlığından sonra gəmi ərazidən uzaqlaşıb. Məsələni müzakirə etmək üçün Rusiyanın səfiri XİN-ə dəvət edilib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ