RU
KİV: Belqorodda qəzaya uğrayan təyyarədə 74 nəfər olub, hamısı ölüb - YENİLƏNİB
13:20
155

KİV: Belqorodda qəzaya uğrayan təyyarədə 74 nəfər olub, hamısı ölüb - YENİLƏNİB

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib.

13:25
Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin vurulması faktını təsdiqləyib.
Təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Məlumata görə, əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.

Hadisədən sonra Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov əhaliyə çağırış da edib: "Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan, pəncərələrsiz otaqlarda sığınmaq lazımdır”.

Qubernator bayırda olan sakinlərə təhlükəsiz yerə keçməyi də tövsiyə edib.

Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə açıqlamasında hadisənin araşdırılacağını deyib.
 


 
13:14
Rusiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 63 nəfər ölüb.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rəsmi qurumlar məlumatı hələ ki təsdiqləməyib.

13:06
Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir.

Hadisənin səbəbi və nəticələri araşdırılır.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ