7NEWS.az xəbər verir ki, Moldovada prezident seçkiləri ilə eyni vaxtda keçirilən Avropa İttifaqına (Aİ) üzvlük referendumunda 50,31 faiz "hə”, 49,69 faiz isə "xeyr” səsi verib. Hazırkı qərbyönlü prezident Sandu Rusiyanı seçkilərə müdaxilə etməkdə ittiham edib və "cinayətkar qrupların” 300 min səs almağa çalışdığını iddia edib. Rusiya seçkilərə müdaxiləni, rusiyayönlü Şor Partiyası isə qanun pozuntusu ilə bağlı ittihamları rədd edib. Kreml Moldovada seçkilərin azad olmadığını bildirib.








