RU
Rusiyanın Saratov şəhərindəki neft emalı zavodunda dron zərbəsi nəticəsində yanğın olub
14:08
26

Rusiyanın Saratov şəhərindəki neft emalı zavodunda dron zərbəsi nəticəsində yanğın olub

Rusiyanın Saratov şəhərində yerləşən neft emalı zavodu dronların hədəfinə çevrilib. UNIAN-ın məlumatına görə, mayın 31-nə keçən gecə müəssisəyə zərbə endirilib və zavod ərazisində genişmiqyaslı yanğın başlayıb.

Monitorinq Telegram kanallarının yaydığı məlumata əsasən, şəhərdə gecə saat 03:00 radələrində partlayış səsləri eşidilib. Yerli sakinlər zavod ərazisində yanğınla bağlı foto və videolar paylaşıblar.

Bildirilir ki, Saratov neft emalı zavodu "Rosneft” şirkətinin strukturuna daxildir və Volqaboyunda ən qədim neft emalı müəssisələrindən biri hesab olunur.

Qeyd edək ki, Rusiya tərəfi dron hücumunun rəsmi olaraq birbaşa Ukraynanın etdiyini deməsə də, mənbələr qeyd edir ki, hücum Ukrayna tərəfindən həyata keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ