RU
KİV: ABŞ üzərində meteorit partlayıb
12:07
21

KİV: ABŞ üzərində meteorit partlayıb

ABŞ-nin Massaçusets ştatının sakinləri partlayışa bənzər güclü səs eşidiblər.

Bu barədə WCVB telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red. ) ştatın müxtəlif ərazilərində partlayış səsinə bənzər gurultu eşidilib. Bəzi sakinlər eyni zamanda titrəyiş hiss etdiklərini də bildiriblər.

Hadisənin dəqiq səbəbi hələlik açıqlanmayıb.

"NBC News"un yerli meteoroloqu Pamela Qardner bildirib ki, gurultu və vibrasiya ştat üzərində atmosferdə meteoritin partlaması nəticəsində yaranmış ola bilər.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ