RU
Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində iki dinc sakin ölüb
11:15
233

Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində iki dinc sakin ölüb

Rusiya hərbçilərinin Donetsk vilayətinin Dobropolye bölgəsinə endirdiyi zərbə nəticəsində 2 dinc sakin ölüb, daha 3 nəfər yaralanıb.

7NEWS.Az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kirilenko "Facebook” səhifəsində məlumat verib.
"Ən azı 2 ölü və 3 yaralı Rusiyanın Dobropolyeyə endirdiyi zərbənin nəticələridir. Yaralılar arasında iki 4 və 7 yaşlı uşaq da var", - deyə Kirilenko yazıb.

Hərbi rəhbərliyin sözlərinə görə, ruslar dinc əhalini vurduqlarını dəqiq bilirlər, bunu şüurlu və məqsədyönlü şəkildə edirlər.

Bununla bağlı o, yenidən Donbass sakinlərini təxliyə etməyə çağırıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ