7NEWS.az xəbər verir ki, Rusiya səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə, həmçinin Vinnitsa vilayətinə, Dnepropetrovsk, Zaporojya və Lvova raket zərbələri endirib. Ukraynanın qonşusu Moldova Rusiya raketlərindən birinin ölkə sərhədlərinə düşdüyünü açıqlayıb. Moldova Daxili İşlər Nazirliyindən verilən açıqlamada raketin Ukrayna ilə sərhəddə yerləşən Naslavça kəndinə düşdüyü bildirilib. Hadisə zamanı xəsarət alan olmayıb, bir çox evin şüşələri sınıb.
7NEWS.az








