RU
Rusiyaya casusluq edən partiya lideri həbs olundu
00:40
1169

Rusiyaya casusluq edən partiya lideri həbs olundu

Polşada Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən “Smena” (“Dəyişmə”) partiyasının lideri Mateuş Piskorski həbs olunub.

 

Piskorski partiyanın ofisində və partiya üzvlərinin evlərində keçirilən axtarışların nəticəsində həbs olunub.

Polşanın rəsmi qurumları Mateuş Piskorskinin həbs olunduğunu təsdiqləyib.

Yerli mətbuat “Smena”nın Polşada ABŞ əleyhinə çıxış edən yeganə partiya olduğunu bildirir. Məlumata görə, partiya Kreml yönümlü mövqedən çıxış etdiyinə görə daim tənqid obyekti olub./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ