"Rusiyanın Ukraynaya təcavüzü indiki sivil dünyanın sonu olacaq. Müharibə beynəlxalq qaydaların olmadığı yeni bir dövr açacaq”.
Bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov "Financial Times”ə müsahibəsində deyib.
Ukraynalı nazir deyib ki, müharibə baş verəcəyi təqdirdə Rusiyaya çoxsaylı tabutlar gedəcək.
Nazir eyni zamanda onu da qeyd edib ki, Ukrayna ilə sərhədə yaxın 100 minə yaxın rus hərbçisi cəmləşib və bu sayı mobil səyyar düşəgrlərə hesabına təxminən 175 minə qaldıra bilərlər.
Onun sözlərinə görə, müharibə həm Ukrayna, həm də Avropa üçün acı bir hadisə olacaq, çünki milyonlarla ukraynalı "Avropa İttifaqına qaçacaq”.
Nazir o nu da əlavə edib ki, bu zaman Avropaya taxılın ixracı da təhlükə altına düşəcək./olke
7NEWS.Az








