Rusiya hərbçiləri Krım yarımadasının Baxçasaray şəhərində vətəndaşlara məxsus ev və obyektlərdə axtarışlara başlayıb.
Məlumatı “Krım xəbər agentliyi” yayıb.
Məlumata görə, hərbi geyimdə olan silahlı şəxslər şəhərin 6-cı mikrorayon ərazisində tatarlara məxsus 3 evdə və 1 iaşə obyektində axtarışlar aparıb.
Axtarışların hansı məqsədlə aparıldığı bəlli deyil.
Qeyd edək ki, rusların tatarlara qarşı təzyiqləri günü-gündən artmaqdadır./axar.az
7news.Az








