RU
Rüstəm Muradovun Qarabağda sülhməramlı missiyanın rəhbəri kimi xidmət müddəti başa çatıb
23:30
1919

Rüstəm Muradovun Qarabağda sülhməramlı missiyanın rəhbəri kimi xidmət müddəti başa çatıb

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı.

Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib./apa

 

7NEWS.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ