RU
Rüşvət almaqda təqsirləndirilən sabiq baş həkiminin şikayəti üzrə məhkəmə başlayıb
20:20
401

Rüşvət almaqda təqsirləndirilən sabiq baş həkiminin şikayəti üzrə məhkəmə başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Narkoloji Dispanserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkimi Hüseyn Həsənovun barəsində olam hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

7news.Az-ın APA-ya istinadən xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. 

Məhkəmənin ilkin baxışı sentyabrın 19-a təyin edilib. 

Hökmdən narazı qalan prokuror da apellyasiya protesti verib. Hər iki şikayət araşdırılacaq. 

Qeyd edək ki, Bakı şəhər sakinindən 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Həsənov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə M. Şamçıyevaya da şərti cəza verib. 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ