RU
“Saakaşvili hazırda ünsiyyət problemi yaşayır” - Vəkil
22:30
610

“Saakaşvili hazırda ünsiyyət problemi yaşayır” - Vəkil

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəziyyəti ağırdır.

Bu barədə məlumatı vəkil Nika Qvaramiya gürcü siyasətçi ilə həbsxanada görüşdükdən sonra açıqlayıb.
Onun sözlərinə görə, Saakaşvili Qoridəki hospitaldan Rustavi həbsxanasına köçürülərkən sakitləşdirici tibbi preparatlar qəbul edib. Bu səbəbdən o, ünsiyyət problemi yaşayır. 

Vəkil bildirib ki, Saakaşvili hazırda çox zəifdir və sərbəst şəkildə hərəkət edə bilmədiyindən onu görüşə mühafizəçilər gətirib.

"Saakaşvili sabah vacib açıqlama verəcək”, - deyə vəkil sözlərinə əlavə edib.

Qeyd edək ki, M. Saakaşvili ötən gün müalicə aldığı Qori hərbi hospitalından Rustavi həbsxanasına qaytarılıb./qafqazinfo
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ