RU
Saakaşvilinin növbəti məhkəməsi klinikada keçiriləcək
18:00
59

Saakaşvilinin növbəti məhkəməsi klinikada keçiriləcək

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi müalicə aldığı klinikada keçiriləcək.

7News.Az "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Çaxnaşvili qərar qəbul edib.

Sözügedən məhkəmə prosesi gürcü siyasətçinin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı olacaq.

Qeyd edək ki, məhkəmə prosesi Saakaşvilinin səhhətinin pisləşməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Belə ki, siyasətçi mayın 12-dən "Vivamedi” klinikasında müalicə alır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ