RU
Saatlıda faciə: 41 yaşlı kişi evdə yanaraq öldü
09:36
1421

Saatlıda faciə: 41 yaşlı kişi evdə yanaraq öldü

Saatlıda 3 otaqlı evdə yanğın baş verib.

7News.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Xanlarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu 1975-ci il təvəllüdlü Elşad Səyyah oğlu Əmirovun yanmış cəsədi aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ