RU
Sabah Azərbaycanda 15 dərəcəyədək isti olacaq
12:40
526

Sabah Azərbaycanda 15 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-2, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ