RU
Sabah maqnit qasırğası olacaq
12:10
18

Sabah maqnit qasırğası olacaq

Növbəti maqnit qasırğasının yanvarın 23-də olacağı gözlənilir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Bildirilib ki, maqnit qasırğası yanvarın 23-də səhər tezdən başlayacaq və günortadan sonra səngiyəcək. Maqnit qasırğasının zəif (G1 səviyyəsi) olacağı proqnozlaşdırılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ