RU
Sabiq bələdiyyə sədrinin məhkəməsi davam edir
21:30
217

Sabiq bələdiyyə sədrinin məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi bələdiyyəsinin sədri Aytac Əliyevanın məhkəmə prosesi davam etdirilib.

7NEWS.Az xəbər verir ki, prosesdə zərərçəkmiş qismində Əli Möhubi dindirilib. O, ifadəsində bildirib ki, iki dəfə infarkt keçirib: "Ürəyimdən əməliyyat olunmaq üçün pul lazım idi. Ona görə də ailə üzvlərimə məxsus qızılları satmaq üçün İlknur Turquta vermişdik. İlknuru qonşu kimi tanımışam. Qızılları satıb pulunu verəcəkdi ki. Ona satmaq üçün 67 min manatlıq qızıl-zinət əşyaları vermişik. Dəymiş zərərin 8500 manatını qaytarıb, qalanı qalıb. Qızılların verilməsində ailə üzvlərim də iştirak edib”. 

Zərərçəkmişin ifadəsində bildirib ki, İ.Turqut pulları qısa müddətdə qaytaracağını deyib, lakin problemləri yarandığından qaytara bilməyib:”Dedi ki, gözləyin, verəcəyəm, amma vermədi. Nə qızılları verdi, nə də pulu. Qızıl söhbətində Aytac Əliyeva olmayıb, onu görməmişəm”.

Məhkəmə prosesi oktyabrın 18-də davam edəcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri A. Əliyeva bacısı İ.Əliyeva (Turkut) ilə birgə qızıl və torpaq alqı-satqısı adı altında vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Bacılar vətəndaşlardan birindən 200, digərindən 189 min manat pulu dələduzluq yolu ilə alıblar. Eyni zamanda, A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satmaqda təqsirli bilinir. 

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərə dəymiş ziyanın ümumi məbləği 1 milyona yaxındır. 

Qeyd edək ki, A.Əliyeva həbsdə, bacısı İ.Əliyeva (Turkut) isə ev dustaqlığındadır. A.Əliyeva və İ.Turkut ibtidai istintaqda və məhkəmə prosesində elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ