RU
Sabiq icra başçısının apellyasiya şikayətinə baxılır
10:11
1211

Sabiq icra başçısının apellyasiya şikayətinə baxılır

Bakı Apellyasiya Məhkəməsində Qobustan rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Alışovun apellasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. 

İlkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 9-a təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan T. Alışov isə apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( sənədləri saxtalaşdırma) maddələri üzrə ittiham olunub.

2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilən R. Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olub./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ