RU
Sabirabadda dini mərasim keçirən şəxslər saxlanıldı
13:41
123

Sabirabadda dini mərasim keçirən şəxslər saxlanıldı

Sabirabad rayonunda karantin rejimini pozmaqla dini mərasim keçirməyə cəhd edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Dtlə ki, dünən gecə saat 22:30 radələrində rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.

Polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ