RU
Şabran sakinindən xəncər, arbalet, qılınc, bıçaq və balta götürülüb
18:15
1038

Şabran sakinindən xəncər, arbalet, qılınc, bıçaq və balta götürülüb

Polis evə baxış keçirib.

Şabran rayon sakinindən kustar üsulla düzəldilmiş xəncər, arbalet, qılınc, bıçaq, balta və soyuq silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Namiq Balakişiyevdən 1 ədəd kustar üsulla düzəldilmiş xəncər, evinə baxış zamanı isə eyni üsulla hazırlanmış arbalet, qılınc, bıçaq, balta və soyuq silah aşkar edilərək götürülüb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ