RU
Şabranda iki yük maşını toqquşub, ölənlər var
10:05
1483

Şabranda iki yük maşını toqquşub, ölənlər var

Əməliyyat saat 04:32-də başa çatıb.

Şabranda ağı yol qəzası baş verib.

Bu barədə 7News.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir. 

Bakı-Yalama yolunun 130-cu km-də Şabran rayonu ərazisində “KamAZ” və “Ford” markalı yük avtomobilləri toqquşub.

Dərhal nazirliyin Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Ford” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:32-də başa çatıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ