RU
Şabranda universitet müəllimi qəza törətdi: Yaralananlar var
10:21
412

Şabranda universitet müəllimi qəza törətdi: Yaralananlar var

Şabran rayonunun Gəndob inzibati ərazisində yol qəzası zamanı xəsarət almış 5 nəfər Bakıya gətirilib.

Qəza "Mercedes” markalı avtomobilin ön təkərinin qəfil qırılaraq sıradan çıxması nəticəsində qeydə alınıb.

Bu zaman sürücü Quliyev Ramiz idarəetməni itirərək avtomobili aşırıb. Avtomobildə olan sərnişinlər - 1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı, 1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızı, 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Sürücü R.Quliyev Tibb Universitetinin müəllimidir./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ