Polşanın müdafiə naziri Mariuş Blaşçak ABŞ-ın ölkənin qərbindəki Povidzdəki hərbi bazasının genişləndirildiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Povidz bazasına səfəri zamanı qiymətləndirmələr aparan Blaşçak deyib ki, sözügedən hərbi kompleks Polşa qüvvələrini dəstəkləyəcək və NATO alyansının bütün şərq cinahını gücləndirəcək. Blaşçak ABŞ-ın Polşadakı səfiri Mark Bjezinski ilə səfəri zamanı ABŞ-ın Povidzdəki hərbi bazasının genişləndiriləcəyini, burada yanacaq çəni ilə yanaşı, anqarlar və anbarların da tikiləcəyini bildirib.
7NEWS.az








