RU
Sabunçuda ağır qəza: piyada öldü
14:45
1352

Sabunçuda ağır qəza: piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 28-də saat 10 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Orxan Muxtarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Südabə Rəhimovanı vurub. Xəstəxanaya yerləşdirilmiş S.Rəhimova orada ölüb.

Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ