RU
Sahibkarın 25 ədəd qadın koftası vergi borcuna görə hərraca çıxarıldı
11:20
259

Sahibkarın 25 ədəd qadın koftası vergi borcuna görə hərraca çıxarıldı

Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkar Şiraslan Əyyub oğlu Cəfərova məxsus 25 ədəd qadın koftası onun vergi borcuna görə hərraca çıxarılıb.

7News.Az report-a istinadən bildirir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.

 

Məlumata görə, koftaların hər birinə 9 manat qiymət qoyulub. Geyimlər Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi, ev 37a, mənzil 47 ünvanında yerləşir. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ